Əməkdar rəssam vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməkdar rəssam vəfat etdi

18:48 - 21 / 10 / 2016
Əməkdar rəssam vəfat etdi

Bu gün Azərbaycanın ilk kukla rəssamı, əməkdar rəssamı Solmaz Musayeva 89 yaşında vəfat edib.

1news.az milli.az-a istinadən xəbər verir ki, Musayeva Solmaz Qurban qızı 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açıb.

1947-52-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. 1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğul olan S.Musayevanın yaratdığı 4000-dən artıq etnoqrafik suvenir kuklalar (Azərbaycanın müxtəlif bölgələrinə aid geyimlərdə) muzeylərdə, Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda
saxlanılır.

2007-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb.

Mərhum sabah Mərdəkan qəbristanlığında vəsiyyətinə əsasən atası Qurban Musayevin yanında dəfn ediləcək.

1news.az

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər