Bakıda intiharın qarşısı alındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda intiharın qarşısı alındı

1news Redaksiyası19:30 - 21 / 10 / 2016
Bakıda intiharın qarşısı alındı

İntihar məqsədilə qülləyə çıxan Səbail sakini xilas edilib.

1news.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda bir nəfərin intihar etmək məqsədi ilə qülləyə çıxması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:27-də başa çatıb.

1news.az

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər