Goranboyda güclü yanğın: 84 yaşlı kişi yanaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda güclü yanğın: 84 yaşlı kişi yanaraq ölüb

13:14 - 22 / 10 / 2016
Goranboyda güclü yanğın: 84 yaşlı kişi yanaraq ölüb

Goranboy rayonunun Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

1news.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər