Xalq artistinin rejissor oğlu qəzada öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artistinin rejissor oğlu qəzada öldü

00:10 - 22 / 10 / 2016
Xalq artistinin rejissor oğlu qəzada öldü

AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

1news.az-ın usavat.com-a istinadən məlumatına görə, rejissoru maşın vurub və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.

Dünyasını dəyişən rejissorun dörd övladı var.

1news.az

Paylaş:
1002

Son xəbərlər

Bütün xəbərlər