Avtobusdan yıxılan sərnişin öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtobusdan yıxılan sərnişin öldü

17:11 - 22 / 10 / 2016
Avtobusdan yıxılan sərnişin öldü

Ağdaş şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, oktyabrın 21-də saat 19 radələrində Ağdaş şəhərində şəhər sakini Tofiq Lətifov həmyerlisi Eşqin Xəlilovun idarə etdiyi “Shaolin” markalı sərnişin avtobusundan düşərkən ayağı sürüşərək yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş T.Lətifov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
1008

Son xəbərlər

Bütün xəbərlər