Bakıda oteldə müştəri damarlarını kəsib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda oteldə müştəri damarlarını kəsib

16:10 - 24 / 10 / 2016
Bakıda oteldə müştəri damarlarını kəsib

Bakıdakı otellərdən birində 33 yaşlı kişi öz qolunu doğrayıb.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu “Premier Expo” otelində qeydə alınıb.

Otelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib. Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib.

O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır.

1news.az

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər