MTRŞ-dən “Space” kanalına sərt sözlər: “Efiri toyxanaya çeviriblər” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

MTRŞ-dən “Space” kanalına sərt sözlər: “Efiri toyxanaya çeviriblər” - VİDEO

16:50 - 24 / 10 / 2016
MTRŞ-dən “Space” kanalına sərt sözlər: “Efiri toyxanaya çeviriblər” - VİDEO

Televiziya və Radio Şurası (MTRŞ) “Space” telekanalında yayımlanan “Bu maraqlıdır” verilişində baş verənlərə münasibət bildirib.

1news.az-ın məlumatına görə, MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya açıqlamasında deyib ki, “Bu maraqlıdır” verilişində hər hansı qanun pozuntusu olmasa da, verilişdə baş verənlər efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini göstərir:

“Bu tipli verilişlər xüsusilə “Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən “Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.

Qeyd edək ki, “Space” telekanalının efirində yayımlanan “Bu maraqlıdır” verilişində toy səhnəciyi qurulub, aparıcı tamaşaçılarla birlikdə ayaqyalın rəqs edib.

1news.az

 

Paylaş:
677

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıbBu gün, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilibBu gün, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblarBu gün, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıbBu gün, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilibBu gün, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı varBu gün, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıbBu gün, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıramBu gün, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunubBu gün, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçibBu gün, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıbBu gün, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olubBu gün, 14:19ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTOBu gün, 14:16MSK növbədənkənar parlament seçkilərinə yekun vurubBu gün, 14:01“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTOBu gün, 13:16Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunubBu gün, 13:10Yağış yağacaq, külək əsəcək - PROQNOZBu gün, 12:5522 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 12:49Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“Bu gün, 12:39
Bütün xəbərlər