AFFA ilə “Auto Azərbaycan” şirkəti arasında tərəfdaşlıq müqaviləsinin müddəti uzadılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AFFA ilə “Auto Azərbaycan” şirkəti arasında tərəfdaşlıq müqaviləsinin müddəti uzadılıb

12:30 - 24 / 10 / 2016
AFFA ilə “Auto Azərbaycan” şirkəti arasında tərəfdaşlıq müqaviləsinin müddəti uzadılıb

Oktyabrın 21-də Bakı Olimpiya Stadionunda AFFA ilə Hyudai-ın rəsmi distribyutoru olan “Auto Azərbaycan” şirkəti arasında tərəfdaşlıq müqaviləsinin imzalaması və avtomobillərin təhvil verilməsi mərasimi keçirilib.

“Auto Azərbaycan” şirkətinin İdarə Heyətinin sədri Nasir Seyidzadə tərəfindən Hyundai avtomobilinin rəmzi açarı AFFA-nın baş katibi Elxan Məmmədova təqdim olunub. Elxan Məmmədov isə öz növbəsində, üzərində Azərbaycan milli komandasının üzvlərinin imzası olan futbolkanı Hyundai şirkətinə hədiyyə edib.

“Auto Azərbaycan” şirkəti artıq 3 ildir ki, AFFA-nın rəsmi tərəfdaşıdır. Şirkət bu müddət ərzində AFFA-nın bütün qarajını Hyundai avtomobilləri ilə təmin edib. Tərəfdaşlıq müqaviləsinin daha 3 il müddətinə uzadılması ilə AFFA-nın qarajındakı avtomobillər yenilənəcək.

AFFA-nın baş katibi Elxan Məmmədov:

“Artıq 4-cü ildir ki, AFFA Hyundai şirkəti ilə əməkdaşlıq edir. İlk əməkdaşlıq müqaviləmiz 2012-ci ildə imzalanıb və bu gün həmin müqavilənin müddəti uzadıldı. Sevindirici haldır ki, ötən müddət ərzində dünyanın tanınmış brendi olan Hyundai, Azərbaycan futbolunun yanında olub və bu əməkdaşlıq davam etməkdədir. Ölkə futboluna verdiyi töhfələrə görə AFFA rəhbərliyi adından Hyundai-ın Azərbaycandakı rəsmi təmsilçisi olan “Auto Azərbaycan” şirkətinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Auto Azərbaycan şirkətinin rəhbəri Nasir Seyidzadə bildirib ki, bu gün biz böyük məmnuniyyətlə, AFFA ilə müqaviləmizin uzadılmasını qeyd edirik.

“Geridə qoyduğumuz 4 il ərzində milli komanda ilə tərəfdaşlıq Hyundai markasının təbliğatında çox önəmli rol oynayıb. Milli komandanın rəsmi avtomobili kimi, çoxmilyonlu futbol azarkeşlərinə xitab etmək bizim üçün çox önəmlidir. Bu gün, milli komandamızın uğurları bizi çox sevindirir və milli komanda ilə, AFFA ilə tərəfdaş olmaq bizim üçün qürurvericidir”.

Mərasim başa çatdıqdan sonra xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, “Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru “Auto Azerbaijan” şirkətidir. 1996-cı ildən bəri fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. 20 il ərzində 50 000-dən artıq şəxs Hyundai avtomobilləri alıb. Ölkə ərazisində Hyundai markasının 12 satış və servis mərkəzi fəaliyyət göstərir.  Rəsmi dilerlərdə bütün model sırası təmsil olunur.  Müasir diaqnostika və təmir avandanlıqları ilə təchiz edilmiş servis mərkəzlərində isə qısa müddətdə avtomobilə keyfiyyətli baxış,  kamera vasitəsilə qeydə alınan zəmanətli təmir işləri həyata keçirilir. 

Reklam hüquqludur

Paylaş:
2446

Son xəbərlər

Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25
Bütün xəbərlər