Sabah Azərbaycanda sulu qar və qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Azərbaycanda sulu qar və qar yağacaq

12:52 - 24 / 10 / 2016
Sabah Azərbaycanda sulu qar və qar yağacaq

25 oktyabrda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan artıq 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.

Ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə  intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.

1news.az

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər