Azərbaycanda məktəb direktorlarının neçəsi qadındır? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda məktəb direktorlarının neçəsi qadındır? - STATİSTİKA

14:38 - 25 / 10 / 2016
Azərbaycanda məktəb direktorlarının neçəsi qadındır? - STATİSTİKA

“Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrin rəhbərlərinin əksəriyyəti qadınlardır”.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu nazirliyin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib.

Onun sözlərinə görə, 4 ali təhsil müəssisəsinin rektoru qadındır:

“Universitetlərdən 12-nin prorektorlarından biri, 7 orta ixtisas təhsili müəssisəsinin direktoru xanımlardır. Bundan başqa, orta ixtisas təhsili müəssisəsində 21-nin direktor müavini, 12 ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru, 16 direktor müavini, 1202 (26,5 %) məktəb direktoru qadındır”.

Nazirlik rəsmisi qeyd edib ki, 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət edən 31 779 nəfərdən 23 411-i qadın olub, onlardan 1905 nəfəri müsabiqədən keçərək, seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin ediliblər.

Elm sahəsində də qadınların sayının ilbəil artdığını vurğulayan M.Hacıyeva bildirib ki, hazırda 2 070 doktorantdan 1 052 nəfəri qadındır:

“Təhsil Nazirliyində çalışan 160 dövlət qulluqçusundan qadınların sayı isə 57 nəfərdir”.

1news.az

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər