Şuxrat Barlas: “Daşnaklar türk xalqları ilə birgə, gürcüləri və hətta onların ideyalarını dəstəkləməyən erməniləri məhv ediblər” | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuxrat Barlas: “Daşnaklar türk xalqları ilə birgə, gürcüləri və hətta onların ideyalarını dəstəkləməyən erməniləri məhv ediblər”

15:05 - 25 / 10 / 2016
Şuxrat Barlas: “Daşnaklar türk xalqları ilə birgə, gürcüləri və hətta onların ideyalarını dəstəkləməyən erməniləri məhv ediblər”

Oktyabrın 25-də Prezident Kitabxanasında keçirilən Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Özbəkistanın görkəmli tədqiqatçı alimi Şuxrat Salamovla (Şuxrat Barlas) görüş olub.

Elmi Şurada Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin dərin tarixi köklərə malik olmasından danışıb və Ş.Salamovu tədbir iştirakçılarına təqdim edib.

1news.az-ın verdiyi məlumatına əsasən, Şuxrat Barlas tədbirdə “Daşnaksütyun Azərbaycan və Türküstanda soyqırımların təşkilatçısı kimi” mövzusunda məruzə ilə çıxış edib.

O, çıxışında bildirib ki, erməni millətçiləri Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif zamanlarda ağır cinayətlər, qırğınlar, terror aktları törədib, soyqırımları həyata keçiriblər: “Bolşevik terroru nəticəsində Türküstanda milyonlarla insan öldürülüb. Bu qırğında erməni daşnaklarının rolu böyükdür. Dinc əhalinin vəhşicəsinə qırılması əsl terrordur, etnik təmizləmədir və soyqırımdır”.

Daha sonra tədbirdə özbək tədqiqatçının “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitablarının təqdimatı olub.

Təqdimatda bildirilib ki, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” kitabında böyük regional dövlətlərin öz geosiyasi məqsədlərinə çatması üçün erməni amilindən istifadə etməsi, Türküstanda, həm də Cənubi Qafqazda, Kiçik Asiyada türk etnosuna qarşı aparılan soyqırımı siyasəti tarixi faktlarla sübut olunur. Qeyd edək ki, ermənilərin türk xalqlarına qarşı törətdikləri cinayətlərdən və soyqırımı siyasətindən bəhs edən bu qiymətli əsər Orta Asiyada bu mövzuda yazılan ilk tədqiqat işidir.

Müəllifin sözlərinə görə, bu kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunur, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları irəli sürməsi tutarlı faktlarla ifşa edilir, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin yaradıldığı vurğulanır.

Tarix İnstitutunun direktoru isə qeyd edib ki, “Qarabağ: ideyalar müharibəsi” kitabında erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb: “Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır”.

Tədbirdə özbək qonaq bunları deyib: “Biz bilirik ki, Azərbaycan ordusu qısa bir zamanda müharibə yolu ilə nəinki öz torpaqlarını işğaldan azad edər, hətta İrəvanı da ala bilər. Amma azərbaycanlılar uşaqları, dinc əhalini öldürməzlər. Multikultural dəyərlərə üstünlük verən Azərbaycan sülhsevərliyi ilə dünyada tanınır”.

Görüşün sonunda görkəmli özbək alimi Ş.Barlasa Tarix İnstitutunun fəxri doktoru  adı verilməsi haqqında institutun elmi şurasının qərarı səsləndirilib və ona fəxri doktor diplomu təqdim olunub.

Daha sonra Şuxrat Barlas mətbuata açıqlama verib.

Qardaş ölkə olan Özbəkistanı təmsil edən tədqiqadtçı terror ideyasının, xüsusi olaraq da erməni terrorizminin mahiyyətindən danışıb: “Bir millətin nümayəndəsinin digər millətdən olanı, xüsusən də körpəsini öldürmək üçün hansısa ideya lazımdır. Biz hansı ideyaların və nə cür adi bir insanı qanlı və insanlıqdan uzaq qanlı cinayətlər etmək mərhələsinə gətirdiyini araşdırdıq. Erməni terrorizmin təməlini, köklərini, haradan başladığını və hansı əraziləri əhatə etdiyini  təhlil etdik. “Qarabağ: ideyalar müharibəsi” kitabının təqdimatı Gürcüstanın paytaxtı Tiflisdə yerləşən Suxişvili adına Suxumi Texniki universitendə keçirilib. Gürcüstanlı dostlarımız bizi səmimiyyətlə qəbul etdilər”.

Bu kitabda əks edilən araşdırmanın hansı müddətdə ərsəyə gəldiyi ilə bağlı suala Şuxrat Barlas bu araşdırmanın 1988-ci ildən başladığını qeyd edib.

“O dönəmdə biz tələbə idik və Ermənistanın Azərbaycana qarşı bu düşmən addımlara başlamasından sonra bu məsələni araşdırmağa başladıq. “Daşnaktsyutunun” araşdırdıq, çünki bu terrorçu qurumun Türküstanda da izi var. Bizi maraqlındaran məsələ 1918-ci ildə Türküstanda yerli əhaliyə qarşı soyqırım etmiş bir üzdəniraq qurumun 90-cı illərin əvvələrində Azərbayca əhalisinə qarşı soyqırım həyata keçirməsi idi. Yəni məhz bu hadislər, məsələnin araşdırılmasına vəsilə oldu. Sonra Türkiyəyə gedərək oradakı kitabxanalarda 1800-cü illərdən başlayan erməni məsələsini araşdırdıq. Ermənilər tərəfindən törədilən vəhşilikləri və soyqırımları gərək gələcək nəslimizə çatdıraq, çünki tarixsiz gələcək olmur. Tarixi bilənin gələcəyi aydın olar”, - deyə tarix elmləri doktoru davam edib.

Öz müsahibəsində Şuxrat Barlas vurğulayıb ki, erməni terrorizmi nəinki türk xalqlarına, həmçinin gürcülərə və hətta daşnak ideologiyası ilə razı olmayan ermənilərə qarşı olub.

“Baxın, daşnaklar Türküstanda 35 minə yaxın dinc insanları, həmçinin uşaqları, qocaları və qadınları qırıb. Qazaxstanda Mirzoyan adlı kommunist qazax xalqının ziyalılarını demək olar ki məhv edib, xalqın demək olar ki 1/3-dən çox hissəsinin aclıqdan həlak olmasında əli olub, Anadoluda və Qafqazda onlar türk və azərbaycanlılarla birgə gürcüləri, qumuqları, noğayları və hətta daşnak ideologiyası ilə barışmayan erməniləri öldürüblər, onlara işkəncə veriblər”, - deyə tədqiqatçı vurğulayıb.

1news.az

Paylaş:
1109

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıbBu gün, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilibBu gün, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblarBu gün, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıbBu gün, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilibBu gün, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı varBu gün, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıbBu gün, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıramBu gün, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunubBu gün, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçibBu gün, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıbBu gün, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olubBu gün, 14:19ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTOBu gün, 14:16MSK növbədənkənar parlament seçkilərinə yekun vurubBu gün, 14:01“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTOBu gün, 13:16Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunubBu gün, 13:10Yağış yağacaq, külək əsəcək - PROQNOZBu gün, 12:5522 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 12:49Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“Bu gün, 12:39
Bütün xəbərlər