Dünya bazarında neftin qiyməti aşağı düşür | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya bazarında neftin qiyməti aşağı düşür

10:14 - 25 / 10 / 2016
Dünya bazarında neftin qiyməti aşağı düşür

Dünya bazarında neft ucuzlaşması davam edir.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 faiz azalaraq 50,47 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,23 faiz azalaraq 51,34 dollar olub.

Qeyd edək ki, neftin ucuzlaşmasına səbəb kimi OPEC-ə daxil olan İraqın neft hasilatının dondurulması ilə bağlı sövdələşmənin əleyhinə olduğunu bəyan etməsi göstərilir. Adıçəkilən ölkənin neft naziri Cabbar Əli al-Luaibinin sözlərinə görə, rəsmi Bağdad neft hasilatını nəinki dondurmaq istəmir, əksinə, hasilatı artırmağı planlaşdırır.

Dünya bazarında neftin ucuzlaşması Azərbaycan neftinə də təsir edib. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,37 dollar və ya 0,71% azalaraq 52,22 dollar təşkil edib.

1news.az

Paylaş:
613

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər