İkinci Dünya müharibəsində ölən 206 həmyerlimizin məzarı Moldovada tapılıb
İkinci Dünya müharibəsində həlak olmuş 206 azərbaycanlının Moldovada dəfn yeri tapılıb.
1news.az xəbər verir ki, bu barədə APA-ya Respublika Veteranlar Təşkilatından məlumat verilib.
Bildirilib ki, Moldovada Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində itkin düşmüş hesab olunan azərbaycanlılardan 206 nəfərin kimliyi, təvəllüdü, rütbələri, hərbi xidmətə çağırıldıqları tarix, məntəqələr, dəfn yerləri müəyyən olunub, sənədlərinin saxlandığı arxivlər dəqiqləşdirilib.
Onların 223-cü milli atıcı diviziyanın üzvləri olduğu ehtimal edilir.
Qeyd edək ki, 223-cü milli atıcı diviziya 1942-ci ilin yayından Şimali Qafqazdan başlayaraq, Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya və Macarıstandan Avstriyanın paytaxtı Vyanaya qədər döyüş yolu keçib.
1news.az