Oğlunun toy dəvətnamələrini paylayırdı, maşın vurub öldürdü
Balakəndə övladının toy məclisinə dəvətnamə paylayan atanı maşın vurub öldürüb.
1news.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 25-i axşam saat 18:45 radələrində rayonun Qazma kənd sakini, 1963-cü il təvəllüdlü Hikmət Hənəfi oğlu Muradov avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.
Həkimlərin səylərinə baxmayaraq 53 yaşlı Hikmət Muradov xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.
Hadisə rayonun Qazma kəndi ərazisində baş verib. Hikmət Muradov hələki adı və soyadı açıqlanmayan sürücünün idarə etdiyi xırda tutumlu “Ford” markalı yük maşını ilə vurulduğu bildirilir. Məlumatda o da bildirilir ki, Hikmət Muradovu maşın vuran zaman o, üç gün sonra toyu olacaq övladı üçün dəvətnamə paylayırmış.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
1news.az