Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb – FOTO

13:14 - 27 / 10 / 2016
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb – FOTO

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

1news.az

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər