Fransa və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Fransa və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

16:48 - 27 / 10 / 2016
Fransa və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Fransanın xarici işlər naziri Jan-Mark Eyro bu gün erməni həmkarı Edvard Nalbandyanla bir sıra ikitərəfli münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcək.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu jurnalistlərə Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Romen Nadal deyib.

O qeyd edib ki, J.Eyro bu gün Ermənistandan olan həmkarını qəbul edəcək:

"Bu görüş ikitərəfli əməkdaşlıq haqqında sazişlərin imzalanmasına təkan verə bilər".

XİN rəsmisinin sözlərinə görə, iki nazir danışıqlar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllini tapmaq üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini müzakirə edəcəklər.

Mövzu ilə əlaqədar oxuyun:       

ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

Məmmədyarov və Nalbandyan prezidentlərin görüşlərini müzakirə edəcəklər

1news.az

Paylaş:
830

Son xəbərlər

Bütün xəbərlər