Ramiz Mehdiyev: V Bakı Beynəlxalq Humanitar Forumu - dünya miqyaslı məkandır
Azərbaycan bütün sahələrdə tarixi dəyişikliklər mərhələsindədir. Gənc müstəqil ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə keçid dövrünün çətinliklərini inamla dəf edərək ictimai-siyasi inkişafın, iqtisadiyyatın modernləşdirilməsinin, Azərbaycan xalqının milli mənlik şüurunun yüksəlməsinin yeni fazasına qədəm qoyub.
Yeniləşməkdə olan cəmiyyətimiz öz dinamizmi ilə xoşbəxt gələcəyə - XXI əsr dünyasına istiqamətlənib. Həm Şərqə, həm də Qərbə aid dünyəvi, müasir dövlət olan Azərbaycan üçün etnosların, dillərin və dinlərin qaynayıb-qarışması, onların sülh və həmrəylik şəraitində birgə yaşayışı səciyyəvi cəhətlərdir. Cəsarətlə demək olar ki, bu gün burada təkcə ölkəmizin yox, həm də region dövlətlərinin taleyi, sırf milli məsələlərlə yanaşı, transmilli, qlobal məsələlər də həll edilir.
Azərbaycan fəal diplomatik əlaqələrin qurulduğu, intensiv danışıqlar proseslərinin aparıldığı, ən mühüm tarixi sənədlərin imzalandığı məkandır. Bizim dövlətimiz sözün həqiqi mənasında müxtəlif sivilizasiyaların nümayəndələrinin görüş məkanına çevrilib. Çoxmədəniyyətli, polietnik, tolerant, yeni zəfərlərə və təşəbbüslərə hazır olan bu diyar qədim dövrün möhtəşəm abidələri ilə eleqant yeni tikililərin harmonik şəkildə qonşuluq etdiyi, müxtəlif arxitektura üslublarının və tarixi layların mozaikasının hökm sürdüyü, neft-qaz bumu ilə yanaşı, genişmiqyaslı “mədəni bum”un möhkəmləndiyi məkandır. İdeyadakı həyatdan reallıqdakı həyata keçidi həm sosial-iqtisadi transformasiya, həm də keçmişdən gələcəyə istiqamətlənmiş ölkəmizin ruhu nümunəsində əyani və aşkar şəkildə görmək olar.
Şəksiz ki, Azərbaycanın müasir tarixi mərhələyə daxil olmasının ən aşkar və parlaq əlaməti ölkəmizdə mədəni həyatın çiçəklənməsi, Azərbaycan və ümumdünya mənəvi dəyərlərinin qarşılıqlı nüfuz etməsinin yeni paradiqmaları və perspektivləridir. Ölkəmizdə həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlər, forumlar, konfranslar və seminarlar, həmçinin Azərbaycan xalqının mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə onların üzvi qarşılıqlı əlaqəsini təbliğ edən festivallar və müsabiqələr təşkil olunur. Azərbaycan və Rusiya liderlərini