Lətif Qəndilov vəzifəsindən geri çağrıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev L.S.Qəndilovun Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
1news.az
1416