Mübariz Əhmədoğlu: Azərbaycan Prezidentinin iradəsi bəlli olsa da, Ermənistan prezidenti və həmsədrlər siyasi iradə nümayiş etdirmədi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Azərbaycan Prezidentinin iradəsi bəlli olsa da, Ermənistan prezidenti və həmsədrlər siyasi iradə nümayiş etdirmədi

12:38 - 27 / 10 / 2016
Mübariz Əhmədoğlu: Azərbaycan Prezidentinin iradəsi bəlli olsa da, Ermənistan prezidenti və həmsədrlər siyasi iradə nümayiş etdirmədi

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi regionuna səfərinin yekunları barədə bəyanat yaydılar. Bəyanatda prezidentlərin görüşü məsələsinin yenidən müzakirə olunacağı bildirilir.  C.Uorlik Bakıda keçirdiyi mətbuat konfransında aydın şəkildə bildirdi ki, Azərbaycan Prezidenti Ermənistan prezidenti ilə görüşə hazırdır.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq  Mübariz Əhmədoğlu həmsədrlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaydıqları bəyanat  xəbərini şərh edərkən bildirib:

“Ermənistan prezidenti görüşə razılıq verməyib. Həmsədrlər Ermənistanın dinc danışıqlara maneə olduğunu etiraf etmək istəmir. Həmsədrlər də münaqişənin tənzimlənməməsində maraqlıdır. Büdcə və digər korporativ maraqlar onların tənzimlənməmədə marağın əsasını təşkil edir. Azərbaycan Prezidentinin digər iradəsi Dağlıq Qarabağın statusu ilə bağlı idi. Əgər Uorlik bunu müzakirə üçün atılmış addım hesab edirsə, nəzərə alsın ki, Azərbaycan ictimaiyyəti Ölkə Prezidentinin Dağlıq Qarabağa veriləcək statusun müzakirəsini ən aktiv subyekti olacaqdır.

Dağlıq Qarabağa veriləcək status Azərbaycan üçün ən ağrılı mövzudur. Azərbaycan Prezidenti buna münasibət bildirdi. Ermənistan prezidenti siyasi iradə göstərərək Ermənistan üçün ən ağrılı məsələni- ərazilərin Azərbaycana qaytarılması məsələsini müzakirəyə çıxarda bilər. Hələ ki, Ermənistan prezidentində belə iradə yoxdur”.

Politoloq qeyd edib ki, həmsədrlər Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə yenidən itkin düşənlərin siyahısını müzakirə etdilər:

“2014-cü ildə prezidentlərin Paris görüşündə bu məsələ razılaşdırılmışdı. Azərbaycan bu məsələdə razılıq vermişdi. S.Sərkisyan Ermənistana qayıdan kimi  işğal olunmuş ərazilərdə ən kütləvi hərbi təlimini keçirtdi. Ermənilər yenə təxribata hazırlaşırlar. Ermənistanın yeni müdafiə naziri Vigen Sərkisyan ilk addımını atıb: MQ həmsədrlərinin regiona səfəri çərçivəsində qoşunların təmas xəttində Azərbaycan silahlı qüvvələrinin təxribat etməsi barədə erməni mətbuatı xəbər yaydı. Dərhal Ermənistanın yeni müdafiə naziri V.Sərkisyan və baş ştabın rəisi M.Akopyan Dağlıq Qarabağa gəldilər. V.Sərkisyanın açıqlamasının təhlili həmin təxribatın yeni müdafiə naziri üçün vacib olduğunu göstərir. Görünür, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi regionunu  daha qanlı müharibəyə hazırlayırlar”.

1news.az

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər