Avtomobil oğrusunun üstündən heroin çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobil oğrusunun üstündən heroin çıxdı

14:03 - 28 / 10 / 2016
Avtomobil oğrusunun üstündən heroin çıxdı

Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Bakı şəhər sakini Əli Məmmədova məxsus “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi Rahil Qədirov tutulub.

Ondan 0,583 qram heroin götürülüb.

1news.az

 

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər