PAŞA Holding-də yeni təyinat | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Holding-də yeni təyinat

15:55 - 28 / 10 / 2016
PAŞA Holding-də yeni təyinat

PAŞA Holding şirkətinin Bank Qrupunun rəhbəri Cəlal Qasımovun vəzifəsi dəyişib.

1news.az-ın Fins.az-a istinadən verdiyi xəbərə görə, C.Qasımov "PAŞA Holding" MMC-nin İdarə Heyəti sədrinin 1-ci müavini postuna yüksəlib. Buna qədər də o, holdinqə daxil olan Kapitalbank, PASHA Yatırım Bankası, PAŞA Həyat Sığorta, PASHA Bank in Georgia, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda da yüksək vəzifələri icra edirdi.       

Qeyd edək ki, 2015-ci ilin aprel ayına qədər Unibankın İcraçı direktoru olmuş C.Qasımov həmin ilin may ayından Paşa Holding-də çalışır.

1news.az

Paylaş:
3445

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər