Krasnoyarskda Nar bayramı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Krasnoyarskda Nar bayramı keçirilib – FOTO

16:23 - 28 / 10 / 2016
Krasnoyarskda Nar bayramı keçirilib – FOTO

Rusiyanın Krasnoyarsk şəhərində yaşayan azərbaycanlılar Nar bayramı keçirib.

1news.az-ın məlumatına görə, tədbir Krasnoyarsk diyarı Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk regional bölməsi və Rusiya Azərbaycan Gənclər Birliyinin (AMOR) yerli nümayəndəliyi tərəfindən təşkil olunub.

Bayram çərçivəsində Azərbaycan xalqının ədəbiyyatı, milli geyimləri, dekorativ-tətbiqi sənət əşyaları, nardan hazırlanmış ənənəvi milli mətbəxin nümunələrindən ibarət sərgi nümayiş etdirilib. Tədbirin keçirildiyi səhnə isə dəstərxan, milli xalçalar, narla dolu toxunma səbətlər və bannerlərlə bəzədilib.

Bayram şənliyində “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı, müğənnilər, həmçinin şən və hazırcavablar komandasının üzvləri çıxış edib, kiçik müsabiqələr təşkil olunub.

Tədbirdə Krasnoyarsk diyarı Qubernatorunun İctimai Əlaqələr İdarəsinin, Dostluq Evinin nümayəndələri, ÜAK-ın yerli təmsilçiləri,  digər ictimai birliklərin rəhbərləri, KİV nümayəndələri, azərbaycanlılar, yerli sakinlər iştirak edib.

Azərbaycan diaspor fəalı Səadət Qarayeva KİV nümayəndələrinə narın vətəni Azərbaycanla bağlı, xalqımızın zəngin milli-mədəni irsi, onun musiqisi, milli mətbəxi, adət-ənənələri barədə məlumat verib. O, bildirib ki, bu bayram şənliyi, yerli sakinlərin tədbirdə iştirakı Azərbaycan və Rusiya, eləcə də xalqlarımız arasındakı çoxəsrlik qonşuluq və dostluq münasibətlərini növbəti dəfə ahəngli şəkildə əks etdirir.

1news.az

Paylaş:
839

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər