Azərbaycanda nə qədər adam anemiya xəstəliyinə yoluxur? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda nə qədər adam anemiya xəstəliyinə yoluxur? - STATİSTİKA

22:18 - 28 / 10 / 2016
Azərbaycanda nə qədər adam anemiya xəstəliyinə yoluxur? - STATİSTİKA

Azərbaycanda əhalinin 100 min nəfərindən 435,3 nəfəri anemiya xəstəsi kimi müalicə-proflaktika müəssisələrində qeydiyyatdadır.

1news.az “Report”a istinadən xəbər verir ki, hazırda müalicə proflaktika müəssisələrində 41 722 nəfər anemiya xəstəsi qeydiyyatdaır.

2000-ci ildə bu rəqəm 28780 nəfər olub.

Ötən il 45798 nəfər ilk dəfə qoyulan diaqnozla anemiya xəstəsi kimi qeydə alınıb. Bu da o deməkdir ki, bir il ərzində 100 000 əhalidən 480,6 nəfəri anemiya problemi ilə üzləşib.

Qeyd edək ki, anemiya xəstəliyi ilə üzləşənlərin sayı artır.

Belə ki, 2010-cü ildə ilk dəfə qoyulan diaqnozla 38706 anemiya xəstəsi qeydə alınıb. 2000-ci ildə isə bu rəqəm 22011 nəfər olub ki, bu da hər 100 000 nəfər əhaliyə 276,7 nəfər deməkdir.

1news.az

Paylaş:
977

Son xəbərlər

Bütün xəbərlər