Almaniya səfiri Göygöl və Şəmkirə səfər edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Almaniya səfiri Göygöl və Şəmkirə səfər edib – FOTO

11:49 - 28 / 10 / 2016
Almaniya səfiri Göygöl və Şəmkirə səfər edib – FOTO

Səfir Mixael Kindsqrab 24-25 oktyabr tarixlərində 19-cu əsrdə alman mühacirlərinin məskunlaşması ilə əlaqədar Azərbaycan bölgələri arasında əhəmiyyətli yeri olan Göygöl (keçmiş Helelnondorf) və Şəmkir (keçmiş Annenfeld) rayonlarına səfər edib.

1news.az-a səfirlikdən verilən xəbərə görə, keçmiş Helenendorf və Annenfeld 19-cu əsrdə Azərbaycanda məskunlaşmış alman mühacirlərin əsas mərkəzi olub.

1941-ci ildə burada məskunlaşmış alman mühacirlər məcburi şəkildə mərkəzi Asiyaya köçürülüb. Səfir Kindsqrab 24 oktyabr tarixində Göygöldə rayon icra hakimiyyətinin başçısı Arif Seyidovla görüşüb və onunla rayonun tarixi və inkişafı ilə əlaqədar fikir mübadiləsi aparıb.

Almaniya-Azərbaycan münasibətlərində aktual məsələlər Göygöl rayonundan seçilmiş millət vəkili cənab Rövşən Rzayevlə görüşdə intensiv müzakirə olunub. İcra başçısı cənab Seyidov səfiri Göygöl rayonunda Azərbaycan torpağında ilk alman mühacirlərinin məskunlaşdığı küçələrlə tanış edib. Rayonda şvab kolonistlərinə məxsus olan çoxsaylı ev, o cümlədən keçmiş lüteran kilsəsi (hal-hazırda regional muzey) və musiqi məktəbi son onilliklərdə zövqlə bərpa edilib. Səfir Kindsqrab Azərbaycan dövlət qurumlarının alman mühacirlərinin xatirəsinin qorunub saxlanılması ilə əlaqədar səylərini yüksək qiymətləndirib. Rayonun bir neçə il əvvəl vəfat etmiş ən son alman məskunu Viktor Klaynın evi də ziyarət olunub. Bu evdə yaxın illərdə regionda və Azərbaycanda olan almanların xatirəsinə muzey yaradılmalıdır, muzeyin hazırlıq işləri artıq davam edir.

Şərab və araq zavodunda (Xan) səfirə yeni istehsal üsulları təqdim edilib. Burada da alman mühacirlərinin izlərinə rast gəlinir – çox yaxşı qorunub saxlanmış şərab zirzəmisi rayonun şərabçılıqla əlaqədar qədim tarixi ənənələrini hiss etmək və bu haqda düşünmək imkanı yaradır.

Səfir Mixael Kinsqrab 25 oktyabr tarixində Şəmkir rayonuna səfər edib. O orada millət vəkili Sona xanım Əliyeva ilə görüşübvə icra hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıb.

Səfir bayraq meydanı və gənclər evində də olmuşdur. Səfir Kindsqrab keçmiş kilsəni və şvab mühacirlər tərəfindən salınmış içəri şəhəri ziyarət etmişdir. „AzAqro“-nun parniklərində səfirə ən yüksək beynəlxalq səviyyədə həyata keçirilən gül və tərəvəz istehsalı təqdim edilmişdir. Burada istehsal edilən qızıl gül və xiyarın bir hissəsi ixrac edilir. Səfir Kindsqrab Azərbaycan tərəfinin iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar səylərini yüksək qiymətləndirmiş və Alman-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulanıb. O bildirmişdir ki, Moskvadan başqa MDB məkanında yeganə Bakıda fəaliyyət göstərən Alman-Azərbaycan xarici ticarət palatası biznesdə maraqlı alman və azərbaycan şirkətləri üçün əla bir ünvandır.

1news.az

Paylaş:
662

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər