60 baş maralını aldı, pulunu vermədi - Azərbaycanda qəribə hadisə | 1news.az | Xəbərlər
Cəmiyyət

60 baş maralını aldı, pulunu vermədi - Azərbaycanda qəribə hadisə

14:52 - 29 / 10 / 2016
60 baş maralını aldı, pulunu vermədi - Azərbaycanda qəribə hadisə

Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.

1news.az “Report”az istinadən xəbər verir ki, 1960-cı il təvəllüdlü Akif Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O, ərizəsində bildirib ki, 2014-cü ilin avqust ayında 1982-ci il təvəllüdlü Mədət Bayramov onu aldadıb və 192 min manat dəyərində 60 baş maralını alıb. Amma indiyədək pulunu verməyib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

1news.az

Paylaş:
979

Son xəbərlər

Bütün xəbərlər