Bakıda kitab mağazasından 10 min manatlıq oğurluq olub
Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının içərisində yerləşən kitab mağazasından oğurluq olub.
1news.az “Report”a istinadən xəbər verir ki, mağazanın sahibi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Sahibkar bildirib ki, mağazadan dəyəri 10 min manata yaxın olan kitablar oğurlanıb.
Faktla bağlı Metropoliten Polis Şöbəsində araşdırma aparılır.
1news.az
822