Ölən uşağının adından istifadə edərək 6 il pul alan şəxs barəsində cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölən uşağının adından istifadə edərək 6 il pul alan şəxs barəsində cinayət işi açılıb

16:29 - 29 / 10 / 2016
Ölən uşağının adından istifadə edərək 6 il pul alan şəxs barəsində cinayət işi açılıb

Saxta sənədlər vasitəsilə ölən uşağının adına pul alan Kəlbəcər rayon sakini barəsində cinayət işi başlanıb.

1news.az xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 1973-cü il təvəllüdlü Bəxtiyar Şəmistan oğlu Əliyev 2009-cu ildə ölən azyaşlı uşağının adına olan saxta sənədlər vasitəsi ilə 2009-2015-cu illər ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən maddi yardım alıb.

B.Əliyev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

1news.az

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər