Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək

23:33 - 28 / 10 / 2016
Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək

3 tərəfli formatda növbəti Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun noyabr ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur.

1news.az İqtisadiyyat nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan nazir Şahin Mustafayev bu ölkənin baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşdə deyib.

D.Kumsişvili də Gürcüstanın Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, əməkdaşlığın inkişafı üçün böyük potensialı olduğunu qeyd edib.

Son iki ildə Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu vurğulayan D.Kumsişvili ölkəsinin Azərbaycan investisiyasına açıq olduğunu və bu istiqamətdə ölkəmizi dəstəklədiyini deyib.

1news.az

Paylaş:
875

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər