Nazirliyin əməkdaşı iş başında güllələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirliyin əməkdaşı iş başında güllələndi

15:07 - 30 / 10 / 2016
Nazirliyin əməkdaşı iş başında güllələndi

Bu gün Saatlı rayon sakini, 1954-cü il təvəllüdlü Ağakərim Səlimov güllə yarası ilə Şirvan şəhər xəstəxanasına gətirilib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, A. Səlimovun üzərində cərrahi əməliyyat aparılır.

Qeyd edək ki, Ağakərim Səlimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır.

Hadisə qanunsuz ov hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində baş verib.

1news.az

Paylaş:
919

Son xəbərlər

Bütün xəbərlər