Sabah 101 dövlət müəssisə və obyekti hərraca çıxarılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sabah 101 dövlət müəssisə və obyekti hərraca çıxarılacaq

15:02 - 31 / 10 / 2016
Sabah 101 dövlət müəssisə və obyekti hərraca çıxarılacaq

Sabah Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçiriləcək.

Komitədən 1news.az-a verilən məlumata görə, hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb. Bunlardan 23-ü açıq səhmdar cəmiyyətləri, 62-si kiçik dövlət müəssisə və obyekti, 16-sı isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlaklar barədə komitənin özəlləşdirmə portalı ( privatization.az), habelə rəsmi internet saytı ( emdk.gov.az ) vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür.

İstənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və komitənin ərazi şöbələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir.

Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

1 noyabr hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatları aşağıdakı linklərdən əldə etmək mümkündür:

Kiçik dövlət müəssisə və obyektlərin siyahısı: https://goo.gl/u2fIhb

Təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərin siyahısı: https://goo.gl/jYbCZx

Nəqliyyat vasitələrinin siyahısı: https://goo.gl/AyWsnj

Pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri: https://goo.gl/Ks7BCd

Hərracı izləmək istəyən media nümayəndələrinin 1 noyabr tarixində saat 10:00-da Komitənin İnformasiya Texnologiyaları Mərkəzində (Heydər Əliyev pr. 139A, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yanı) olmaları xahiş olunur.

1news.az

Paylaş:
393

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər