Səlim Müslümov qızıl medalla təltif olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Səlim Müslümov qızıl medalla təltif olunub

18:16 - 31 / 10 / 2016
Səlim Müslümov qızıl medalla təltif olunub

Əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə Akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub.

1news.az nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,, mükafatın təqdim olunması zamanı Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov iqtisad elmləri doktoru, professor Səlim Müslümovun iqtisad elminin inkişafında xidmətlərindən söz açıb.

Ə.Canəhmədov Səlim Müslümovun bir elm xadimi olmaqla yanaşı, eyni zamanda elmi yanaşmaların praktik müstəvidə tətbiqi yönündə gördüyü məqsədyönlü işlər diqqətə çatdırıb. O bu işlərin sosial-iqtisadi sistemlərin səmərəliliyinin artırılmasında, əmək və sosial müdafiə sistemində mütərəqqi islahatların aparılmasında əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurası iqtisad elmləri doktoru, professor Səlim Müslümovun elmin inkişafında davamlı və səmərəli fəaliyyətinə, əhalinin sosial müdafiəsi sahəsində mütərəqqi beynəlxalq normalara uyğun idarəetmə strukturlarının və pensiya sisteminin formalaşdırılmasında aktiv iştirakına, habelə 55 illik yubileyinə görə Akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunmasına dair qərar qəbul edib.

S.Müslümov göstərilən yüksək diqqətə görə Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasına minnətdarlığını bildirib, bundan sonra da ölkəmizin tərəqqisi prosesində fəal iştirak etmək əzmində olduğunu vurğulayıb.

1992-ci ildə təşkil olunan, mərkəzi ofisi Moskva şəhərində yerləşən Beynəlxalq Mühəndislik Akademiyası müstəqil elmi-texniki təşkilat kimi beynəlxalq səviyyədə elmi-texniki inkişafa, intellektual potensialın artırılmasına və iqtisadiyyatda tətbiqinə dəstək verir. Akademiyanın tərkibində ayrı-ayrı dövlətlərin prezident və hökumət başçıları, görkəmli alimlər, ictimai xadimlər, böyük elmi və sənaye qurumlarının rəhbərləri əhatə olunub. 2005-ci ildə yaradılan Azərbaycan Mühəndislik Akademiyası ilə Beynəlxalq Mühəndislik Akademiyası arasında fəal əməkdaşlıq həyata keçirilir.

Bundan əvvəl, 2016-cı ilin iyun ayında isə Səlim Müslümov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə Akademiyanın həqiqi üzvü seçilib.

1news.az

Paylaş:
418

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər