Kitabxanadan açıqlama: Əvvəlki qrafik bərpa olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Kitabxanadan açıqlama: Əvvəlki qrafik bərpa olunacaq

12:07 - 31 / 10 / 2016
Kitabxanadan açıqlama: Əvvəlki qrafik bərpa olunacaq

Xəbər verdiyimiz kimi, məşhur aparıcı Azər Qərib Azərbaycan Milli Elmlər Akamediyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) iş vaxtının oxucular üçün əlverişli olmaması barədə fikirlərini bölüşüb.

“Bu vaxta qədər tələbələr AMEA-nın kitabxanasına gedib, lazımı kitabları orada oxuyurdular və kitabxana saat 22:30-a qədər işləyirdi. Hazırda isə həmin kitabxana saat 17:30-da bağlanır və yalnız saat 16:30-da dərsdən çıxan tələbələr gəlib çata bilmirlər. Üstəlik, şənbə və bazar günləri də bağlı olur”.

Şöbənin müdiri Mübariz Göyüşlü 1news.az-a açıqlamasında məsələyə aydınlıq gətirərək bildirib ki, qrafik dəyişikliyi müvəqqəti xarakter daşıyır və yaxın zamanlarda ikinövbəli xidmətə keçid bərpa olunacaq:

“Kitabxananın birnövbəli iş rejiminə keçməsi informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Əvvəllər birinci növbə 09:30-dan 17:30-a qədər işləyirdi. Oxucular kitabxanadakı istənilən kitabı sifariş etməklə oxuya bilirdilər. İkinci növbə isə 18:00-dan 22:00-a, bəzən 22:30-a qədər fəaliyyət göstərirdi. Bu növbədə oxucular kitabxanadakı kitabları deyil, özləri ilə gətirdikləri ktabları oxuya bilərdilər. Oktyabrın 3-də MEK rəhbərliyinin qərarı ilə ikinövbəli xidmət müvəqqəti olaraq dayandırılıb”.

M.Göyüşlü məlumat verib ki, hazırda xidmətin daha da təkmilləşdirilməsi üçün çalışmalar aparılır:

“Bizim gələcək planlarımızdan biri xidmətin üçnövbəli sistemə keçirilməsidir. Bu zaman oxucular günün istənilən saatından kitabxanadan istifadə edə biləcəklər. Bundan başqa, kitabların elektron versiyası da hazırlanır ki, bu da oxucuların işini çox asanlaşdıracaq. Gələn ilin əvvəllərində yeni saytımızı istifadəyə verəcəyik Bu zaman bir çox elektron kitab saytda mövcud olacaq. Hazırda MEK-in Rəqəmsallaşdırma şöbəsi bu istiqamətdə fəaliyyətinizi davam etdirir”.

Şöbə rəisi sözlərinə əlavə edib ki, hazırda MEK-in 2500-ə yaxın üzvü var və oxucuların sayı hər gün ən az 20-30 nəfər artır:

“Hər üzv mütləq “Oxucu kartı” əldə etməlidir. Oxucular 5 manat ödəməklə kitabxanadan 1 illik istifadə etmək imkanı əldə edirlər. Bəzən olur ki, bir oxucu başqasının kartından istifadə edir və bu zaman bəzi problemlər yaranır. Buna görə də, biz həmin kartı bloklayırıq. Gələcəkdə planlaşdırırıq ki, həmin kartlardakı parol və şifrə vasitəsilə sayta da giriş mümkün olsun. Biz beynəlxalq əməkdaşlıqlarımızı davam etdiririk və bir çox məşhur kitabxanalarla da qarşılıqlı razılaşma əldə etməyə çalışırıq. Ola bilsin ki, gələcəkdə oxucular onlara verilən kartlar vasitəsilə xarici ölkələrdəki kitabxanaların elektron resurslarına daxil olaraq istədikləri kitabları oxuya biləcəklər. Bunun üçün zaman lazımdır”.

AMEA Mərkəzi Elmi Kitabxanasının gələcəkdəki planları sırasında kitabxana həyatından MEK-in saytına canlı yayımlanma, elekron kataloqun saytda yerləşdirilməsi və on-line rejimdə yenilənməsi, rəqəmsal bazanın MEK üzvlərinin şəxsi və ya ofis kabinetlərindən əlçatanlığının təmin edilməsi kimi yeniliklər də nəzərdə tutulub.

Qeyd edək ki, 27 sentyabr 2015-ci ildən 27 sentyabr 2016-cı ilə qədərki dövrə olan statistik məlumata görə, Mərkəzi Elmi Kitabxanada mühafizə olunan kitab, jurnal, xəritə, avtoreferat, dissertasiya, qəzet və markaların ümumi sayı 1 milyon 439 min 487 ədəddir. Bu rəqəm mütəmadi olaraq yenilənir.

Ümumi say – 1.439.487:

Nadir Kitab Fondu – 14.754;

Şərq Ədəbiyyatı Fondu – 75.434;

Qərbi Avropa Ədəbiyyatı Fondu – 214.546;

Azərbaycan Fondu – 102.138;

Rus Fondu – 817.564;

Mübadilə Fondu – 50.571;

Qəzet Fondu – 3.456;

Kitabxana-İnformasiya sahəsi üzrə ixtisaslaşmış Fond – 13.000;

Ardı Davam Edən Nəşrlər Fondu – 58.363;

Depozitar Fond – 3.000;

26

Dissertasiya və avtoreferatlar Fondu – 58.581;

Kolleksiyalar Fondu – 28.018.

Fərid Ədalət

Mövzu ilə əlaqədar

Oxumaq istəyənlərin qarşısı niyə alınır? – Bakıda kitabxana problem

 

Paylaş:
6594

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər