İmişlidə I Qarabağ müharibəsinin itkin şəhidi Elçin Heydərov dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə I Qarabağ müharibəsinin itkin şəhidi Elçin Heydərov dəfn edilib

15:42 - Bu gün
İmişlidə I Qarabağ müharibəsinin itkin şəhidi Elçin Heydərov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Elçin Heydərov dəfn edilib.

1news.az "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Ağaməmmədli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Elçin Ağamməd oğlu Heydərov 1971-ci il oktyabrın 1-də İmişlinin Ağaməmmədli kəndində anadan olub. 1994-cü il yanvarın 12-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər