Bolqarıstanın məşhur qəzetində Azərbaycanın tarixi ilə bağlı məqalə dərc olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bolqarıstanın məşhur qəzetində Azərbaycanın tarixi ilə bağlı məqalə dərc olunub

14:37 - 01 / 11 / 2016
Bolqarıstanın məşhur qəzetində Azərbaycanın tarixi ilə bağlı məqalə dərc olunub

Bolqarıstanın nüfuzlu “Standart” qəzetində bu ölkənin mədəniyyət nazirinin müşaviri, tanınmış arxeoloq Nikolay Ovçarovun məqaləsi dərc olunub. Oktyabrın 17-18-də Azərbaycanda səfərdə olmuş müəllif məqalənin əvvəlində təəssüratlarını oxucularla bölüşür.

N.Ovçarov xatırladır ki, sentyabrın 22-də - Bolqarıstanın müstəqillik günündə bu ölkənin qədim paytaxtı olan Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti şəhərə səfər edib. Yazıda nümayəndə heyətinin Bolqarıstanın Baş naziri və Veliko Tırnovo şəhərinin meri başda olmaqla yüksək səviyyəli rəsmilər tərəfindən qarşılandığı vurğulanır.

N.Ovçarov Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Slavyan Universitetində “Bolqarıstan möcüzələri” kampaniyasının təqdim edilməsi məqsədilə qəzetin baş redaktoru S.Bozukovanın Azərbaycana səfər təklifini məmnuniyyətlə qəbul etdiyini bildirir. Məqalədə universitetin rektoru Nurlana Əliyevanın və bolqar dilini öyrənən tələbələrin iştirakı ilə təqdimatın oktyabrın 18-də - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə təşkil edilməsi, Bolqarıstanın milli geyimlərində olan azərbaycanlı qızların rəqsi, səfər çərçivəsində keçirilən görüşlər, xüsusilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ilə görüş barədə məlumat verilir.

Müəllif məqalədə Azərbaycanın tarixindən ətraflı söhbət açır. O yazır ki, Qafqazda, Xəzər dənizinin sahillərində yerləşən ölkə əlverişli coğrafi mövqeyə malikdir, burada mədəni həyatın izləri çox qədimdir. E.ə. I minillikdə burada Manna, İskim, Qafqaz Albaniyası və Atropatena kimi güclü dövlətlərin mövcud olduğunu qeyd edən müəllif həmin dövlətlərin vahid xalqın formalaşmasında mühüm rolunu vurğulayır.

Məqalədə Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər Qaraqoyunlu və Ağqoyunlu dövlətləri haqqında da ətraflı məlumat verilir. XV əsrin sonunda Azərbaycan tarixində yeni eranın başladığını yazan arxeoloq qeyd edir ki, Şah İsmayıl ölkənin şimal və cənub ərazilərini birləşdirməyə nail olur və Səfəvilər dövlətinin əsasını qoyur.

Müəllif Azərbaycan tarixinin xanlıqlar dövrü, Cənubi Qafqazın bölünməsi uğrunda müharibələr, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, süqutu haqqında da söhbət açır.

Məqalədə 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyi, lakin müstəqilliyin ilk illərinin ölkə üçün gərgin keçdiyi, ölkəni belə vəziyyətdən Azərbaycanın tarixində mühüm rolu olan ümummilli lider Heydər Əliyevin çıxardığı diqqətə çatdırılır. Müəllif yazır: “Azərbaycanın bu uzun və hadisələrlə zəngin tarixi güclü təəssürat doğurmaya bilmir”.

Sonda müəllif Azərbaycan gənclərini Bolqarıstanda aparılan arxeoloji qazıntılarda iştiraka dəvət edir.

AZƏRTAC

 

Paylaş:
448

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər