Gəncədə ağır qəza: 3 ölü, 4 yaralı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə ağır qəza: 3 ölü, 4 yaralı

14:59 - 01 / 11 / 2016
Gəncədə ağır qəza: 3 ölü, 4 yaralı

Oktyabrın 31-də saat 21 radələrində Nizami (Gəncə) rayonunun Sevinc qəsəbəsində Gədəbəy rayon sakini Rafiq Hüseynovun idarə etdiyi "VAZ-2106" və Şəmkir rayon sakini Ricad Qafarovun idarə etdiyi "Volksvagen" markalı avtomobillər toqquşub.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə nəticəsində R.Hüseynov və sərnişini Nicat Ələkbərov, habelə R.Qafarovun sərnişinlərindən Vüsal Əhmədov hadisə yerində ölüb.

R.Qafarov və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər