Daha bir marşrut xəttində “BakıKart”a keçilib
Daha bir marşrut xətti üzrə vahid ödəmə kart sisteminə keçilib.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri N.Allahyarova deyib.
O bildirib ki, noyabrın 1-dən 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcək. Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb.
Həmçinin sərnişinlərin “BakıKart”ı rahat şəkildə əldə edə bilməsi, eləcə də kartda müəyyən məbləğ yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları qoyulub.
N.Allahyarovanın sözlərinə görə, ilk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaq.
1news.az