“Sədərək” ticarət mərkəzində qanunsuz dini kitablar satan mağazalar aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sədərək” ticarət mərkəzində qanunsuz dini kitablar satan mağazalar aşkar edilib

14:55 - 02 / 11 / 2016
“Sədərək” ticarət mərkəzində qanunsuz dini kitablar satan mağazalar aşkar edilib

Daxili İşlər Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə mağazalarda reydlər həyata keçirir.

1news.az-ın məlumatına görə, reydlərin keçirilməsində məqsəd “Dini etiqat azadlığı haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək, dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, digər dini məzmunlu materialların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasının qarşısının alınmasıdır.

Belə ki, cari ilin 9 ayı ərzində dini qurumların yaradılması və fəaliyyət qaydasını, eləcə də dini etiqat azadlığı haqqında qanunvericiliyin tələblərini pozmuş 172 nəfər müəyyən edilərək onlardan 2148 ədəd dini təyinatlı ədəbiyyat, 250 ədəd CD və DVD disklər, 127 ədəd broşura götürülüb.

Təkcə cari ilin oktyabr ayı ərzində birgə tədbirlər nəticəsində Qaradağ rayonu ərazisindəki “Sədərək”" ticarət mərkəzində fəaliyyət göstərən 5 dükanda və Yasamal rayonunda yerləşən 1 mağazada satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 303 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD disklər aşkar edilərək götürülüb.

Eyni zamanda, Yasamal rayonundakı daha 4 mağazanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin razılığı olmadan fəaliyyət göstərməsi də müəyyən edilib. 

Qeyd olunan mağazaların məsul şəxsləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.

1news.az

 

Paylaş:
2375

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər