“WhatsApp”da inqilab: video zəng xüsusiyyəti aktiv edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

“WhatsApp”da inqilab: video zəng xüsusiyyəti aktiv edildi

15:14 - 02 / 11 / 2016
“WhatsApp”da inqilab: video zəng xüsusiyyəti aktiv edildi

Uzun müddətdir WhatsApp üçün video zəng xüsusiyyəti gözlənilirdi.

1news.az Technote-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl bu xüsusiyyət “Beta” versiyaya əlavə edilmişdi.

“Skype”, “Google Hangouts” və “FaceTime” tətbiqlərində olduğu kimi, video konfrans edilə bilməsinə şərait yaradan “WhatsApp” video zəng xüsusiyyəti, sınaq mərhələsindən sonra tətbiqə əlavə edildi.

“WhatsApp”da video zəng edərkən, eynilə səsli zəngdə olduğu kimi bir yol izləyirsiniz və zəng etmək istədiyiniz şəxs ilə söhbətə daxil olaraq “Görüntülü zən” seçirsiniz. Hazırda bütün istifadəçilərə yavaş-yavaş gələn bu yenilənmənin, gün sonuna qədər hərkəs üçün aktiv olacağı gözlənilir.

1news.az

Paylaş:
742

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər