Qadın sürücü “BMW X5”i aşırdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qadın sürücü “BMW X5”i aşırdı - VİDEO

17:01 - 02 / 11 / 2016
Qadın sürücü “BMW X5”i aşırdı - VİDEO

Bakı-Qazax yolunda xanım sürücü qəzaya düşüb.

1news.az criminal.az-a istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Sanqaçal qəsəbəsi ərazisində xanım sürücünün idarə etdiyi Rusiya Federasiyasının dövlət nömrə nişanlı "BMW X5" markalı avtomobil yoldan çıxaraq aşıb.

Yol kənarındakı qamışlığa düşən avtomobil çevrilib.

Sürücü hadisə şahidlərinin köməkliyi ilə avtomobildən çıxarılıb.

Qəzanın səbəbi məlum deyil.

1news.az

Paylaş:
1177

Son xəbərlər

Bütün xəbərlər