198 ədəd saxta əsginazı satmaq istəyən Astara sakini tutuldu
Bakıda saxta əskinasları satmaq istəyən şəxs polislər tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Gündüz Əliyev Yasamal rayonu ərazisində 198 ədəd (9900 manat) 50 manatlıq saxta əsginazları 2000 manata satarkən tutulub.
1news.az
1065