Bakıda piyada yük maşınının altında qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda piyada yük maşınının altında qalıb

10:43 - 02 / 11 / 2016
Bakıda piyada yük maşınının altında qalıb

Bakıda ağır yol qəzası baş verib.

1news.az lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında Sabunçu rayonu Şəhər şosesində (Zabrata gedən yol) "MAN" markalı, 30 AC 431 dövlət qeydiyyat nişanlı yük maşını piyadanın üstündən keçib.

45-50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər