Bu il əlilliyi olan şəxslər 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il əlilliyi olan şəxslər 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub

16:43 - 03 / 11 / 2016
Bu il əlilliyi olan şəxslər 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub

Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik bərpa xidmətləri ilə təminatı işlərini davam etdirib.

1news.az-ın məlumatına görə, bu dövrdə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 12 511 nəfər əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 1 489 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib. 

Əlilliyi olan şəxslərə 1 108 ədəd əlil arabası, 597 ədəd eşitmə aparatı, 946 ədəd aşağı və yuxarı ətraf protezi, 2 231 ədəd dirsəkaltı və qoltuqaltı ağac, 735 ədəd dördayaqlı dayaq vasitəsi, 616 ədəd bel və boyun nahiyəsi üçün korset verilib. Bu təbəqədən olan vətəndaşlar həmçinin 1 145 ədəd aşağı və yuxarı ətraf ortezi, 2 165 ədəd əsa, 2 819 cüt protez ayaqqabı, 4 062 cüt ortopedik ayaqqabı, 7 623 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s. ilə təmin ediliblər. 

Həmin dövrdə qeyd olunan şəxslərin ümumilikdə 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.

Amputasiya olunmuş əlillərin protezləşməyə hazırlanması və protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sutunu zədələnmiş spinal əlillərin reabilitasiyası, serebral iflicin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. istiqamətlərdə stasionar şəraitdə reabilitasiya xidmətləri də göstərilir. Yanvar-oktyabr aylarında Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 609 nəfər əlilliyi olan şəxs qeyd olunan xidmətlərlə təmin olunub.

Bu dövrdə Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada tərəfindən ölkəmizin bölgələrində səyyar formada protez-ortopedik bərpa xidmətləri də davam etdirilib. Əlilliyi olan insanların elə yaşadıqları rayon və ya şəhərlərdə ehtiyac duyduqları protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib.

1news.az

Paylaş:
633

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər