“Azneft” İstehsalat Birliyində payız-qış mövsümünə hazırlıq müzakirə olunub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azneft” İstehsalat Birliyində payız-qış mövsümünə hazırlıq müzakirə olunub – FOTO

17:55 - 03 / 11 / 2016
“Azneft” İstehsalat Birliyində payız-qış mövsümünə hazırlıq müzakirə olunub – FOTO

“Azneft” İB-də Birlik rəhbərliyi, baş mütəxəssislər və struktur təşkilatların rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıqla əlaqədar iclas keçirilib.

1news.az-ın məlumatına görə, iclası İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov açaraq ötən müddətdə görülən işlər barədə ətraflı söhbət açıb.

D.İskəndərov dəniz istehsalat obyektlərində tədqiqat işlərinin tam yekunlaşdığını və nəticəsinin təhlil edilərək müvafiq tapşırıqlar verildiyini qeyd edib.

Baş direktor payız-qış mövsümünə keçidlə bağlı bütün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib, təhülkəsizlik tədbirlərinin zəruriliyini vurğulayıb.

Sonra Birliyin Neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Saday Nəsibov 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında geniş hesabatla çıxış edib, işlərin müəyyən olunmuş qrafik üzrə aparıldığını, mövcud çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüldüyünü, hazırlıq işlərinin gedişatı ilə bağlı ciddi bir çatışmazlığın olmadığını bildirib.

Qeyd edilib ki, mövsümə hazırlıqla əlaqədar boru kəmərlərinin və atqı xətlərinin torpaqlanması və təmiri, neft-qaz, su və sıxılmış hava xətlərinin saz vəziyyətə gətirilməsi, kompressor stansiyalarının çıxış xətlərinin donmaya qarşı istilik örtükləri ilə mühafizəsi, elektrik ötürücü xətlərinin tarımlığının yoxlanılması və təmiri, istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi, istilik xətlərinin təmiri, mədəndaxili yolların təmiri, istehsalat binaları və fəhlə evciklərinin, yataqxanaların təmiri, neftvurma nasoslarının təftişi və təmiri işləri həyata keçirilib.

Hesabat müzakirə olunduqdan sonra baş direktor D.İskəndərov mövsümə hazırlıqla bağlı görüləcək işlərin də ən qısa zamanda başa çatdırılmalı olduğunu qeyd edib, sazlama aparılan zaman işin keyfiyyətinə ciddi nəzarət olunmasının, eləcə də işçilərin təhlükəsizliyinin hər şeydən vacib olduğunu bildirib.

İclasda çatışmazlıqlar və problemlər müzakirə edilib, onların aradan qaldırılmasına dair müvafiq göstərişlər verilib.

1news.az

Paylaş:
1421

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər