Tacikistanın nümayəndə heyəti Azərbaycanın Ədliyyə Nazirliyinin fəaliyyəti ilə tanış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tacikistanın nümayəndə heyəti Azərbaycanın Ədliyyə Nazirliyinin fəaliyyəti ilə tanış olub

19:30 - 03 / 11 / 2016
Tacikistanın nümayəndə heyəti Azərbaycanın Ədliyyə Nazirliyinin fəaliyyəti ilə tanış olub

Ölkə Prezidenti cənab İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi köklü iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin formalaşdırılması, iş adamlarının hüquqlarının müdafiəsi məqsədilə institusional tədbirlərin görülməsi, xüsusilə apellyasiya şuralarının yaradılması, sahibkarlıq sahəsində yoxlamaların sayının azaldılması və iki il müddətinə dayandırılması, həmçinin vahid məlumat reyestrinin təkmilləşdirilməsi iqtisadiyyatımızın möhkəmləndirilməsinə, qeyri-neft sektorunun inkişafına xidmət edir.

Ədliyyə Nazirliyindən 1news.az-a verilən məlumata əsasən, hərtərəfli dinamik tərəqqiyə töhfə olan bu islahatlar dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin əldə etdiyi uğurlar digər dövlətlərin diqqətini cəlb edərək müxtəlif sahələrdəki müsbət təcrübəmizdən bəhrələnilir.

Azərbaycanda sahibkarlıq sahəsində aparılan islahatlarla və əldə olunan nailiyyətlərlə tanış olmaq məqsədilə bu günlərdə Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini xanım Niqina Anvarinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Qonaqlar əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edib.

Səfər zamanı nümayəndə heyəti Ədliyyə Nazirliyi tərəfindən aparılan sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestri ilə tanış olub, qonaqlara reyestrin sahibkarların hüquqlarının qorunmasında mühüm rolu, yoxlamaların tənzimlənmə mexanizmləri və bu sahədə qanunvericilikdəki yeniliklər barədə məlumat verilib, reyestrin avtomatlaşdırılmış sistemi, yoxlamaların qeydə alınması prosesi və digər texniki imkanları əyani təqdimatlarla nümayiş etdirilib.

Qonaqlar həmçinin nazirliyin digər reyestrləri və elektron informasiya resursları ilə tanış olaraq yüksək təəssüratlarını bildirib, Azərbaycanın bu sahədə nailiyyətlərini böyük maraqla qarşılayaraq, müsbət təcrübəmizin Tacikistanda aparılan islahatlar zamanı nəzərə alınacağını qeyd ediblər.

Səfər çərçivəsində Tacikistan nümayəndə heyətinin ədliyyə nazirinin müavini Toğrul Musayev ilə görüşü olub.

Görüşdə Azərbaycan və Tacikistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin, o cümlədən hüquqi sahədə əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı üzrə görülən mütərəqqi tədbirlər barədə ətraflı məlumat verilib.

Həmçinin, məhkəmə və ədliyyə sistemində aparılan uğurlu islahatlardan bəhs olunaraq bir çox dövlətlərin, o cümlədən Tacikistanın penitensiar sistemdə vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsindən yararlandığı qeyd olunub.

Xanım N.Anvari səfər zamanı respublikamızın hərtərəfli dinamik tərəqqisindən heyranlığını ifadə edib, Azərbaycan rəhbərinin güclü siyasi iradəsini, bütün sahələrdə qazanılan və mötəbər beynəlxalq hesabatlarda təqdir olunan nailiyyətlərini qeyd edib. O, əməkdaşlığın genişləndirilməsində, yaxşı praktikaların öyrənilməsində maraqlı olduğunu söyləyərək Azərbaycanın müxtəlif sahələrdə müsbət təcrübəsinin artıq ölkəsində tətbiq edildiyini vurğulayıb.

Tacikistanın ölkəmizdəki səfiri Zohir Saidovun da iştirak etdiyi görüşdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri konkret faktlarla nümayəndə heyətinin diqqətinə çatdırılıb. Tacikistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini, bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdar olduğunu bildirib.

Səfər zamanı nümayəndə heyətinin Vergilər və İqtisadiyyat nazirliklərində də rəsmi görüşləri olub, qonaqlar 3 saylı "ASAN xidmət" mərkəzinin şəffaf və innovativ fəaliyyəti, habelə paytaxtın görkəmli və tarixi yerləri ilə tanış olublar.

1news.az

Paylaş:
709

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər