Mərkəzi Bank bu günə olan valyuta məzənnələrini açıqlayıb – CƏDVƏL

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 3-nə valyuta məzənnələrini açıqlayıb.
1news.az Mərkəzi Banka istinadla xəbər verir ki, noyabrın 3-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,6490 manat təşkil edir.
Milli valyutaya nəzərən avronun məzənnəsi 1,8329 manat olub. 1 türk lirəsi 0,5292 manat, 1 rus rublu 0,0260 manatdır.