Ümumdünya Yəhudi Konqresinin prezidenti: İlham Əliyev ölkəsinin böyük lideridir | 1news.az | Xəbərlər
Siyasət

Ümumdünya Yəhudi Konqresinin prezidenti: İlham Əliyev ölkəsinin böyük lideridir

11:01 - 03 / 11 / 2016
Ümumdünya Yəhudi Konqresinin prezidenti: İlham Əliyev ölkəsinin böyük lideridir

Rusiyanın paytaxtında “Gələcəyi qoruyaq” adlı Birinci Moskva Beynəlxalq Konfransı keçirilib. Antisemitizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş bu konfransda müxtəlif ölkələrdən olan siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edirdi.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut da həmin konfransda iştirak edib və forum çərçivəsində Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder ilə görüşüblər.

R.Lauder Azərbaycan haqqında çox səmimi sözlər söyləyib, onu gözəl ölkə adlandırıb və bu yaxınlarda Azərbaycana etdiyi səfəri xatırlayıb. O deyib: “İlham Əliyev əsl praqmatik diplomat və öz ölkəsinin böyük lideri, bu gün dünyada nələr baş verdiyini yaxşı anlayan üç dövlət başçısından biridir”.

R.Lauder İsrail-Azərbaycan əməkdaşlığının perspektivləri mövzusuna toxunaraq vurğulayıb ki, bu münasibətlər, heç şübhəsiz, strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etməsi faktını nəzərə alsaq bizim çox gözəl münasibətlərimiz var. Bu amil ölkələrimizin qarşılıqlı münasibətləri üçün çox vacibdir.

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder deyib: “Mən həm Azərbaycan xalqının, həm də Azərbaycan rəhbərliyinin yəhudi icmasına hörmətini və səmimi münasibətini çox yüksək qiymətləndirirəm və Azərbaycan Prezidentinə səmimi təşəkkürümü bildirmək istəyirəm”.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva qeyd edib ki, müasir, güclü Azərbaycanın siyasəti tolerantlıq və multikulturalizm modeli əsasında qurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan sülh və sabitlik, xalqlar və konfessiyalar arasında əməkdaşlıq, qarşılıqlı anlaşma məkanıdır.

Məhsəti Əliyeva deyib: “Bu gün konfransda çıxış edənlərin hamısı dünya dövlətlərinin demək olar ki, çoxunda antisemitizm barədə danışdılar. Antisemitizmin tüğyan etdiyi bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda heç vaxt belə hallar olmayıb, burada yəhudilər həmişə Azərbaycan cəmiyyətinin inteqral hissəsi olublar. Ölkəmizdə böyük yəhudi icması rahat yaşayır, burada yəhudilər həm öz milli bayramlarını, həm də Avropa yəhudilərinin faciəsi ilə bağlı beynəlxalq anım gününü qeyd edirlər. Azərbaycanda 7 sinaqoq, tədrisin yəhudi dilində olduğu 2 orta məktəb və Yəhudi Evi fəaliyyət göstərir. Azərbaycan və yəhudi xalqları həmişə dinc yanaşı yaşama nümunəsi göstəriblər. Yəhudilər Azərbaycanda dövlətin inkişafının müxtəlif sahələrində fəal iştirak edirlər. Təsəvvür edin ki, müsəlman ölkəsində dövlət yəhudi icması üçün sinaqoq inşa edib. Ölkədə yaşayan bütün icmalar kimi, yəhudi icmasına da dövlət tərəfindən hər il maliyyə vəsaiti ayrılır. Bu, dünyada analoqu olmayan bir faktdır. Azərbaycanda dinlərarası konsensus və dialoq dövlət siyasəti səviyyəsinə çatdırılıb və bu sahədə ikili standartlar yoxdur”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin rəhbəri Arye Qut qeyd edib ki, dünya birliyi antisemitizmin dirçəldilməsi faktlarına göz yummamalı və onun yeni formalarına qarşı mübarizəyə hazır olmalıdır.

Arye Qut sonda deyib: “Buna görə biz təkcə yəhudi xalqı qarşısında deyil, eyni tale ilə üzləşmiş və ya üzləşə biləcək bütün xalqlar qarşısında da cavabdehik.

Müstəqil və dünyəvi Azərbaycanda Avropa yəhudilərinin fəlakətinin ağrı-acısı yəhudi xalqı ilə yanaşı, qardaş Azərbaycan xalqının da ağrı-acısıdır. Çünki yəhudilər Azərbaycan ərazisinə bu gün gəlməyiblər, onlar qədim dövrlərdən burada yaşayır, heç vaxt özlərini qərib kimi hiss etməyiblər. Burada onlara heç vaxt özgə kimi münasibət bəslənməyib, buna görə fəxrlə demək istəyirəm: Avropanın bir sıra belə adlandırılan sivil ölkələrindən və xalqlarından fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə qarşı satqınlıq etməyib, yəhudilər də heç vaxt azərbaycanlılara qarşı satqınlıq etməyib”.

AZƏRTAC

Paylaş:
939

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər