Neft ucuzlaşmaqda davam edir
Dünya birjalarında neftin qiymətinin ucuzlaşması davam edir.
1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 44,66 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar azalaraq 46,35 dollar olub.
Azərbaycan neftinin qiymətində də azalma müşahidə olunur. Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,28 dollar və ya 0,60% azalaraq 46,30 dollar təşkil edib.
1news.az
556