Bakıda 11 piyada keçidi inşa olunur, daha 9-u isə tikiləcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 11 piyada keçidi inşa olunur, daha 9-u isə tikiləcək – FOTO

10:45 - 04 / 11 / 2016
Bakıda 11 piyada keçidi inşa olunur, daha 9-u isə tikiləcək – FOTO

Prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.

1news.az-ın məlumatına görə, bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.

Sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

İlkin olaraq 11 bu cür yerdə hal-hazırda keçidlərin inşası aparılır. Bu aşağıdakı ərazilərdir:

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i ( Xırdalan qəbirstanlığının yaxınlığı ), 13.7-ci km-i (Mətanət-A şirkətinin yaxınlığı) və 27.7-ci km-i (Ceyranbatan qəsəbəsi);

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12.3-cü km-i (Sulutəpə qəsəbəsi), 23.5-ci və 24.4-cü km-ri (Müşfiq qəsəbəsi);

3. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci km-i (hərbi hissənin yaxınlığı)

4. Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi (yeraltı keçid)

5. Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi;

6. Zığ-Hövsan avtomobil yolunun 1.8-ci və 4.3-cü km-ri.

Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində inşa edilən yerüstü piya keçidləridir.

Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkan və asma hissəsi tam hazırdır, hazırda dirəklərin üzlənməsi işləri aparılır. “Sabunçu körpüsü”nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir.

Bundan başqa daha 9 yerdə isə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq. Bu aşağıdakı ərazilərdir:

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun  27-ci km-i (Ceyranbatan qəsəbəsi);

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Hökməli dairəsinin yaxınlığı);

3. Yasamal rayonu Hüseyn Cavid parkının qaşısında (yeraltı keçid)

4. Mərdəkan-Zağulba yolunda (Xrustalnı deyilən ərazi);

5. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-i;

6. Zığ-Hövsan avtomobil yolunun 2.6-cı km-i;

7. Xətai rayonu neapol küçəsi (171 nömrəli məktəbin yaxınlığı), həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi;

8. Moskva prospekti, “Şamaxinka” deyilən ərazi.

İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçidlərin bir-neçəsi istisna olmaqla əksəriyyəti üstü açıq və pilləkan hissədən ibarətdir. 

“Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşaası nəzərdə tutulub”- deyə, “Azəravtoyol” ASC-dən bildiriblər.

1news.az

Paylaş:
651

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər