Nazirlikdən dekoderlərin qiymətinin süni qaldırılması ilə bağlı açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlikdən dekoderlərin qiymətinin süni qaldırılması ilə bağlı açıqlama

12:59 - 05 / 11 / 2016
Nazirlikdən dekoderlərin qiymətinin süni qaldırılması ilə bağlı açıqlama

Əhalinin hər hansı məişət qurğuları ilə təmin olunması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid deyil.

1news.az xəbər verir ki, bu barədə naziriyin yaydığı məlumatda deyilir:

“Uzun müddətdir ki, ayrı-ayrı şirkətlər tərəfindən qəbuledici avadanlıqlar radioelektron malların satış məntəqələrində müxtəlif qiymətlərlə əhaliyə təklif olunur. “Azərpoçt” tərəfindən poçt şöbələrində bu qurğuların münasib qiymətlə satışı isə əlavə, yardımçı bir tədbirdir. Məqsəd dekoderlərin qiymətinin süni surətdə qaldırılmasının qarşısının alınması və əhalinin bu qurğulara olan tələbatının ödənilməsinə köməkdir. Bu işlər tələbata uyğun olaraq “Azərpoçt” tərəfindən davam etdirilir”

Bildirilir ki, analoq televiziya yayımından rəqəmli televiziya yayımına keçidin zəruriliyi yarandığından 2006-cı ildə Beynəlxalq Telekommunikasiya İttifaqında bu məsələlər müzakirə edilib və dünya ölkələrinin bu keçidə hazırlığı nəzərə alınaraq 2015-ci ildə rəqəmli yayıma tam keçilməsi və analoq yayımın dayandırılması üzrə bütün üzv ölkələr öhdəlik qəbul ediblər. Bu öhdəliyə görə, 2015-ci ildən sonrakı dövrdə davam edəcək analoq televiziya yayımı üçün informasiya təhlükəsizliyinin qorunması ilə bağlı kənar müdaxilələrə beynəlxalq səviyyədə baxılmır.

Azərbaycan ərazisində televiziyaların rəqəmli yayımlanması texnoloji prosesdir. Digər sahələrdə olduğu kimi, televiziya yayımında da son standartlar tətbiq edilməlidir. Bütün əhalinin televiziya proqramlarını vahid, yüksək keyfiyyətdə izləməsi təmin olunmalıdır.

Azərbaycanda rəqəmli televiziya yayımına keçid prosesi 2004-cü ildən başlamışdır. Bir neçə il test yayımı aparılaraq 2011-ci ildən bütün respublika ərazisində rəqəmli yayım şəbəkəsinin qurulması başlayıb. 2014-cü ildə şəbəkənin qurulması başa çatdırılmış və ilk olaraq həmin ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası ərazisində analoq yayım tam dayandırılaraq rəqəmli şəbəkəyə keçirilib.

Bütün bu dövr ərzində, əsasən də son bir neçə ayda ictimaiyyət daim məlumatlandırılıb. Milli Televiziya və Radio Şurasının müvafiq qərarına uyğun olaraq  noyabrın 1-dən Bakı və Abşeron ərazisində, dekabrın 1-dən isə respublikanın digər ərazilərində analoq yayımın dayandırılması barədə əhali məlumatlandırılıb.

1news.az

Paylaş:
537

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər