“Bloomberg” Azərbaycanı Misirə nümunə göstərib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bloomberg” Azərbaycanı Misirə nümunə göstərib

16:56 - 05 / 11 / 2016
“Bloomberg” Azərbaycanı Misirə nümunə göstərib

Misir üzən məzənnə rejiminə keçən sonuncu inkişaf etməkdə olan ölkə olub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

Yerli tənzimləyicinin müvafiq qərarı ilə "üzməyə" buraxılan Misir funtu öncə 46% devalvasiyaya uğrayıb.

Bu addımın nə dərəcədə effektiv olduğunu araşdırmağa çalışan agentlik analoji tədbir görən ölkələrin praktikasına müraciət edib.

"Bloomberg"in misal olaraq gətirdiyi ölkələr arasında Azərbaycan da var. Müəllif yazır ki, manat ötən ilin dekabrın 21-də kəskin devalvasiyaya uğrayıb:

“Bunadək Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının 2/3-ni milli valyutanın məzənnəsinin stabilliyinə sərf edib. Həmin dövrdən manat 39% ucuzlaşıb. Hökumət manatın məzənnəsini sabit saxlamaq üçün müvafiq addımlar atıb. Banklara dolların satışına məhdudiyyətin qoyulması atılan addımlardan biri idi. Keçirilən intervensiyalarla milli valyutanın məzənnəsini bir qədər sabitləşdirmək mümkün olub”.

Agentlik "Standard & Poor`s Global Ratings"ə istinadən yazır ki, hazırda yerli banklarda yerləşdirilən əmanətlərin 80%-i dollardadır.

Rusiyanın praktikasına toxunan "Bloomberg" qeyd edir ki, şimal qonşumuzun Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina 2014-cü ilin noyabr ayından etibarən valyuta intervensiyalarından imtina edib. Buna səbəb ölkəyə qarşı sanksiyaların tətbiq olunması və neftin kəskin ucuzlaşmasıdır. Buna baxmayaraq, rubl bu il möhkəmlənib. "Tənzimləyicinin atdığı addımlar nəticəsində, inflyasiya səngiyib, kapital axını azalıb. Bunun nəticəsidir ki, Elvira Nabiullina Avropanın Mərkəzi Bank rəhbərləri arasında öz layiqli yerini tutub. Ölkə əhalisinin 60%-i öz əmanətlərini rublda saxlayır".

Qazaxıstana gəlincə, agentlik yazır ki, bu ölkənin Mərkəzi Bankı 2015-ci ilin avqustun 20-də tengeni 42% ucuzlaşdırıb:

“Ölkənin Mərkəzi Bankı volatilliyi səngitmək üçün 1,7 mlrd. dollar və ya ehtiyatlarının 6%-ni xərcləyib. Bir il sonra tenge stabilləşib, valyuta ehtiyatları isə 13% artaraq 31 mlrd. dollara çatıb”.

1news.az

Paylaş:
766

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər